Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib - Fotolar

23 İyul 2018 18:29 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 23-də Bakıya gəlib.