Göyçayda meşə massivi yanır

23 İyul 2018 21:44 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib.

Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

AzNews.az