Məhəmməd Əli üçün səhnədə

26 Mart 2013 21:02 (UTC+04:00)


Bu il 19-cu dəfə həyata keçirilən Muhammad Ali `s Celebrity Fight Night (Məhəmməd Əlinin Məşhurlar Döyüş Gecesi) adlı tədbirdə Cenifer Lopez səhnəyə çıxıb.

Lopez, dünya turunda geyindiyi üzərində çoxlu əl işləməsi olan tulumu ilə səhnəyə çıxıb. O öz rəqsləri ilə gecəyə rəng qatıb.

Tədbirə rəqsçi sevgilisi Casper Smart ilə birlikdə gələn Lopez, qonaqlardan çoxlu alqış alıb. Qeyd edək ki, gecədən əldə edilən gəlir, parkinson xəstələrinin müalicəsi üçün ayırılacaq.

Xəyalə Məmmədova
AzNews.az