Şəkidə “Dəli Domrul” peyda oldu - Körpüdən keçəndən 1 manat alır

7 Avqust 2018 17:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ARB TV-də gedən süjetdə bu barədə məlumat verilib. Uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxsin tapşırığı ilə körpüdən istifadəyə görə hər sürücü 1 manat pul ödəməlidir.

Sahibkarın bu addımı qanuna uyğundurmu? Təmirə ehtiyacı olan hər hansı yolu iş adamı gəlir sahəsinə çevirə bilərmi? Əməkdaşlarımız məsələni araşdırıb.

Nəzarətçi Anar Abdulhəmidov isə deyir ki, bu körpü şəxsi əmlak sayılır və onu öz hesabına təmir edən şəxsin qərarı ilə ödənişli edilib.