Yaşlı qadın yanaraq öldü

27 Mart 2013 11:02 (UTC+04:00)


Rayon Polis İdarəsindən mətbuata verilən məlumata görə, yanğın A.Mustafayev küçəsi 15 saylı evin 50-ci mənzilində meydana gəlib. Yanğın nəticəsində birotaqlı mənzilin böyük hissəsi yanaraq sıradan çıxıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alandan sonra mənzildən 71 yaşlı Svetlana Rojkovanın meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

AzNews.az