Qəbiristanlıqlarla bağlı sənəd hazırlandı - Məzar yerləri...

10 Avqust 2018 12:08 (UTC+04:00)

Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylov deyib.

Qurum rəsmisi bildirib ki, sənəddə qəbiristanlıqların salınması, qəbiristanlıqların salınması zamanı hansı meyarların nəzərə alınması, sanitar qaydalardan tutmuş dini, şəriət məsələlərinə qədər hamısı öz əksini tapıb.

“Eyni zamanda sənəddə hər bir məzar üçün nə qədər torpağın ayrılması, ayrılan torpağın ödənişsiz olması, məzar daşlarının ölçüləri kimi məsələlər də öz əksini tapıb”.

G.İsmayılov sənəddə qəbiristanlıqların salınması, idarə edilməsi məsələlərinin də qeyd edildiyini diqqətə çatdırıb.

“Ümid edirəm ki, həmin sənəd yaxın vaxtlarda qəbul ediləcək və orada göstərilən bütün qaydalar icra olunacaq”.

AzNews.az