Çinlilərdən maraqlı yenilik

10 Avqust 2018 12:14 (UTC+04:00)

AZƏRTAC “Sinxua” agentliyinə istinada xəbər verir ki, eynək cari ilin sentyabrında satışa çıxarılacaq. Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək. Bundan başqa, eynək məhsulun mövcudluğunu və qiymətini, həmçinin mümkün çatışmazlığı və rəyləri göstərəcək.

"Taobao" öz alıcılarının həyatını asanlaşdırmaq istəyən yeganə internet mağazası deyil. Məsələn, "Amazon" şirkəti artıq satıcısız işləyən ticarət şəbəkəsini istifadəyə verib. Müşahidə kameraları alıcılar tərəfindən rəflərdən götürülmüş lazımi məhsulları kassada verilən məhsul qəbzinə avtomatik əlavə edir.

AzNews.az