ABŞ-dan dünyaya əzələ nümayişi - Kosmosda hərbi korpus yaradacaq

10 Avqust 2018 13:03 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, ABŞ get-gedə hərbi gücünü artırmağı planlaşdırır. M.Pens Donald Trampın iyun ayında Kosmos Hərbi Qüvvələrinin qurulması ilə bağlı tapşırıq verdiyini xatırladaraq onun ABŞ-ın komosda yalnız mövcudluğunun yox, həm də hakimiyyətinin təmin olunması gərəkdiyini və bunu edəcəklərini qeyd etdiyini bildirib. O, həmçinin kosmosdakı fəaliyyətlə bağlı ABŞ Konqresinin növbəti beş ildə 8 milyard dollar əlavə vəsait ayıracağını vurğulayıb.

ABŞ prezidentinin köməkçisi Rusiya və Çinin son vaxtlarda bir sıra hipersonik silah və vasitələr sahəsində inkişaf əldə etdiyini qeyd edərək bunun ABŞ-ın kosmosdakı üstünlüyünə qarşı təhdid olaraq qəbul edildiyini deyib. O, düşmənlərinin kosmosu döyüş meydanına çevirdiyini, ona görə də ABŞ-ın buradan uzaq qalmayacağını bildirib.

Nurlan AĞA
Aznews.az