Ötən ay 3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

10 Avqust 2018 14:13 (UTC+04:00)

Bu barədə AzNews.az-a DMX-dən məlumat verilib. Bildirilir ki, DMX tərəfindən ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, iyulda DMX tərəfindən ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul olunub.

AzNews.az