Xərçəngdən əməliyyat olunan aktrisa: “Qənirə Paşayevanın dəstəyi ilə...”

11 Avqust 2018 20:03 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında xərçəng xəstəliyindən əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva deyib.

Onun sözlərinə görə, sonrakı müalicənin necə aparılması ilə bağlı qərarı analizlərin cavabından asılı olacaq: “Dövlətim, tamaşaçılarım, dostlarım, həyat yoldaşım, ailəm arxamdadır. Milyonlarla insanın duaları mənimlədir. Dövlət məni nəzərində saxladı. Xəstəxanaya millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə getdim. Orada mənə lazım olan köməklik edildi. Amma hələ qabaqda böyük müalicə kursu keçməliyəm. Analizin cavabı açılsın, görək həkim nə deyəcək”. Tünzalə Əliyeva özünü yaxşı hiss etdiyini və bu gündən işə çıxdığını bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az