İran elektrik enerjisinin Rusiyaya tranziti üçün danışıqlar aparır - Azərbaycanla

13 Avqust 2018 14:25 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın energetika naziri Rza Ardakanian deyib.

Nazir bildirib ki, İranın şimal qonşuları vasitəsilə Avropanın elektrik şəbəkələrinə qoşulması mümkün ssenarilərdən biridir.

Onun sözlərinə görə, İran həmçinin Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və İraqla elektrik enerjisi mübadilə etmək niyyətindədir.

Qeyd edək ki, bu ilin aprelində Azərbaycan, Rusiya və İranın energetika nazirləri 3 ölkənin enerji sistemlərinin birləşdirilməsi üzrə işçi qrupunun yaradılması məsələsini müzakirə etmişdi.

AzNews.az