Rus səfirin sui-qəsdi ilə bağlı yeni həbs

13 Avqust 2018 16:55 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Ayşə Söyüd saxlanıldıqdan sonra cümhuriyyət müstəntiqinə ifadə verib. Müstəntiqin azadlıqdan məhrum edilmə tələbi ilə növbətçi sülh cəza hakimliyinə göndərilmiş A.Söyüd sərbəst buraxılıb.

Bundan sonra müstəntiqin etirazı ilə təzədən saxlanılmış Ayşə Söyüd həbs olunub. Onun FETÖ ilə əlaqəli şirkətlərdə işlədiyi və qruplaşmanın xəbərləşmə tətbiqi olan ByLock-dan istifadə etdiyi üzə çıxıb.

Qeyd edək ki, səfirin öldürülməsi ilə bağlı qrup tapşırığını M.M.Altıntaşa Şahin Söyüdün ötürdüyü bildirilmişdi.

Nurlan AĞA
AzNews.az