Rəsul Quliyev “Şura hökuməti“ni tanımadı

27 Mart 2013 16:18 (UTC+04:00)


Kino xadimi Rüstəm İbrahimbəyovun hazırladığı iddia olunan Milli Şura üzvlüyünə namizədlərin siyahısında adı keçən ACP lideri, eks-spiker Rəsul Quliyev "Yeni Müsavat"a verdiyi açıqlamasında bu sənəd haqda məlumatsız olduğunu deyib.

Eks-spiker bildirib ki, həmin siyahının kimlər tərəfindən və hansı prinsiplə yazıldığından xəbəri yoxdur: "Fikrimcə, siyahı xalq arasında real çəkisi olan insanları və təşkilatları nəzərə almadan yazılıb. Mən Rəsul Quliyev olaraq belə bir Milli Şuranın üzvü ola bilmərəm. O siyahını tutanlara uğurlar arzulayıram".

AzNews.az