Okeanda güclü zəlzələ

14 Avqust 2018 11:00 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən verdiyi məlumata görə, zəlzələnin gücü 6,1 bal qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Bristol adasından 126 km şimal-şərqdə olub. Adada əhalinin məskunlaşmadığı bildirilir.

Sunami xəbərdarlığı barədə məlumat hələ verilməyib.

AzNews.az