III Avropa Oyunları bu ölkədə keçirilə bilər

14 Avqust 2018 14:29 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” yüksək vəzifəli şəxsə istinadən məlumat yayıb.

“Bizim Avropa Oyunlarına ev sahibliyi etmək imkanımız var. Bunu Rusiyaya etibar etsələr, 2023-cü ildə təşkil edə bilərik”, deyə mənbə bildirib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib. 2019-cu il II Avropa Oyunları isə gələn il 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək.

AzNews.az