Ronaldo xəstəxanadan çıxdı

14 Avqust 2018 15:11 (UTC+04:00)

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, 42 yaşlı keçmiş hücumçu İspaniyanın İbiza şəhərindəki klinikadan ayrılıb. Ronaldo onu gözləyən jurnalistlərdən qaçmaq üçün xəstəxananı arxa qapıdan tərk edib.

Qeyd edək ki, pnevmoniya diaqnozu qoyulan Ronaldo müalicə olunması üçün avqustun 10-da xəstəxanaya yerləşdirilib.

AzNews.az