18 futbolçu satdı - 10 baş keçi aldı

14 Avqust 2018 17:04 (UTC+04:00)

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yetişdirdiyi 18 futbolçusunu 15 min lirəyə sataraq, həmin pula 10 baş keçi alıb. İlk ildə keçilərin südünün satışından 4-5 min lirə qazanc və 20 bala gözlənilir. 6 ildən sonra keçilərin sayının 140-a çatacağı proqnozlaşdırılır. Əldə olunacaq vəsaitin klubun inkişafına töfhə verəcəyi bildirilir.

Qeyd edək ki, 1954-cü ildə təsis edilən “Gülspor” İspartanın ən köklü klublarından hesab olunur. Hazırda klubun müxəlif yaş qruplarında ümumilikdə 150 futbolçu yer alıb.

AzNews.az