"Körpü faciəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur" - XİN-dən açıqlama

14 Avqust 2018 18:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib.

Həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır.

Qeyd edək ki, Genuyada körpünün bir hissəsinin dağılması nəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb.