Gömrükdən kabel keçirtmək istədilər - Qanunsuz yolla (Fotolar + Video)

14 Avqust 2018 19:52 (UTC+04:00)

Bu barədə AzNews.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.