Kənd təsərrüfatına ziyan dəydi - Texnika tarlalara girə bilmir

14 Avqust 2018 20:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Zaqatala Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı və bitkiçilik şöbəsinin müdiri Vaqif Şabanovun Trend-ə açıqlayıb.

Rayon ərazisinə yağan leysan yağışlar nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib.

V.Şabanov bildirib ki, yağış suları əsasən fındıq, yonca, qarğıdalı və soya sahələrinə zərər vurub:

"Həmin ərazilərdən su çəkilsə də, lil qatı qalmaqdadır. Əkin sahələrində 30-40 santimetr lil var. Lil olduğundan texnika tarlalara girə bilmir”.

İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, rayon Fövqəladə Hallar Komissiyası hazırda dəymiş ziyanın hesablanması ilə məşğuldur, yekun rəqəmlər yaxın günlərdə açıqlanacaq.