Ərdoğan ABŞ məhsullarına idxal rüsumunu artırıb

15 Avqust 2018 09:23 (UTC+04:00)

AzNews.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Sənədə əsasən, tütün məlumatlarına qoyulan idxal rüsumu 60 faiz, alkoqollu içkilərdə 140 faiz, avtomobillərdə 140 faiz, kosmetik məhsullarda 60 faiz, düyüdə və meyvələrdə 40 faizə qədər artıb.

AzNews.az