Türkiyə məhkəməsi amerikalı rahibə “yox” dedi

15 Avqust 2018 14:23 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, ötən gün vəkil rahibin ölkədən çıxışına qadağanın aradan qaldırılmasını tələb emişdi.

İşə baxan 2-ci Ağır Cəza Məhkəməsi etirazı rədd edərək qərarı qüvvədə saxlayıb. Qərara yuxarı instansiya məhkəməsində baxılacaq.

Qeyd edək ki, ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna səbəb kimi Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmaması göstərilir.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.

AzNews.az