Zaxarovadan ABŞ-a ittiham

15 Avqust 2018 17:37 (UTC+04:00)

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, nazirlik sözçüsü rus diplomatların Mariya Butina ilə əlaqə saxlaya bildiklərini və ona telefonla danışmaq icazəsi verildiyi, yeməyinin də yaxşılaşdırıldığını qeyd edib.

Zaxarova bununla belə, bir sıra müraciətlərə baxılmadan Butinanın ağır şəraitdə saxlanıldığı və ona görə də səhhətində problemlər yarandığını bildirib.

Rusiya xarici işlər nazirinin sözçüsü M.Zaxarova ABŞ-ın şərtləri ağırlaşdırmaq metodu ilə Butinanı işbirliyinə məcbur etməsi görüntüsünün yarandığını ifadə edib.

Nurlan AĞA
AzNews.az