Millimiz İsveçi məğlub etdi - Möhtəşəm qələbə

15 Avqust 2018 20:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib.

Qarşılaşma Dərnəgül Voleybol Mərkəzində baş tutub.

Görüş Azərbaycan millisi 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb (23:25,19:25, 26:24, 25:22, 15:10).

Oyun bizim üçün yaxşı başlamayıb. Yığmamız İlk 2 seti uduzsa da, son da gülən tərəf azərbaycanlı oğlanlar olub..

Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək.