Bakıda kirayə evlər bahalaşdı

16 Avqust 2018 11:23 (UTC+04:00)

Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. O bildirib ki, bu artım adətən avqust ayının 3-cü dekadasına gözlənilirdi, amma indi bir az əvvələ çəkilib.

“Yəqin ki, bu artım sentyabrın sonuna qədər davam edəcək. Qiymət artımı əsasən tələbələrin gəlmələri ilə bağlı olur. Bundan başqa da təklif portfelinin azalması qiymətlərin artmasına səbəb olub”.

AzNews.az