Lirə bahalaşır

16 Avqust 2018 12:23 (UTC+04:00)

"Report" türk mətbuatına istinadən xəbər verir ki, hazırda TRY/USD nisbəti 5,76-dır.

Qonşu ölkədə avro da ucuzlaşmaqdadır və hazırda TRY/EUR nisbəti 6,57 təşkil edir.

Xatırladaq ki, ötən gün Türkiyədə səfərdə olmuş Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani bildirib ki, Qətər Türkiyə iqtisadiyyatına 15 mlrd. dollardan çox investisiya qoymaq istəyir. Bundan sonra lirəyə maraq artıb.

AzNews.az