Rus hərbçilər Ermənistanda qəzaya düşdü

16 Avqust 2018 13:04 (UTC+04:00)

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Şirak vilayətinin Artik şəhərində baş verib.

Ölkənin Fövqəladə Hallar Nazirliyindən yük avtomobilinin naməlum səbəblərdən aşdığı bildirilib.

Xilasedicilər Rusiya hərbçiləri Andrey Qrutikov və Artyom Kiryanova maşının yük yerindən çıxmağa yardım ediblər. Onlar ciddi xəsarət almadıqlarına görə xəstəxanaya aparılmayıblar.

AzNews.az