Tramp Merkelə yumruq atdı - Muzeydə

16 Avqust 2018 14:35 (UTC+04:00)

Muzeydəki şamdan hazırlanmış digər heykəllərin əksinə, milyoner ABŞ prezidentinin heykəli trend olmuş ABBA qrupunun “Money, Money, Money” mahnısını oynayan yerdə qoyulub.

AzNews.az “Habertürk”ə istinadən bildirir ki, iki lider arasındakı münasibətlər o qədər də yaxşı başlanğıcla tanınmasa da, əvvəlki ay keçirilmiş NATO zirvəsində Tramp görüşə aid müsbətyönlü fikir bildirmişdi.

Muzeyin sözçüsü Nina Zerbe qeyd edib ki, Trampın saçı və silikon maskasının hazırlanması üçün doqquz nəfər iki ay boyunca işləyib. N.Zerbe “insanlar buna gülürlər və şəkil çəkdirmək istəyirlər” – deyə, bildirib.

Nurlan AĞA
AzNews.az