Təyyarə qəzaya uğradı - Ölənlər var

16 Avqust 2018 14:51 (UTC+04:00)

"Report" İtaliya KİV-lərinə istinadən xəbər verir ki, hadisə Trevizo şəhəri ərazisində qeydə alınıb.

Təyyarə havaya qalxarkən kabel qovşağına çırpılıb. O, yanaraq Pyava çayına düşüb. Nəticədə hər iki sərnişin ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər onların meyitini təyyarənin qalıqları altından tapıblar.

AzNews.az