Kremldən önəmli açıqlama - Rusiya, Türkiyə, İran prezidentləri görüşür

16 Avqust 2018 15:49 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya, Türkiyə və İran liderləri arasında bu ilin sentyabrın əvvəlində üçüncü zirvə görüşünün planlaşdırıldığını bildirib.

Qeyd edək ki, hər üç ölkə başçısı aprel ayında Ankarada bir araya gələrək Suriya məsələsini müzakirə etmişdilər.

Nurlan AĞA
AzNews.az