Kraliçanın həkimi qəzaya düşdü - Həlak oldu

16 Avqust 2018 17:56 (UTC+04:00)

AzNews.az-ın Trend-ə verdiyi məlumata görə, 67 yaşlı Piter Fişer Londonun mərkəzi hissəsində velosipedlə hərəkət edərkən yük maşını ilə toqquşub.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Bukingem sarayının nümayəndələri hadisə barədə kraliçanın məlumatlandırıldığını bildiriblər.

AzNews.az