Millimiz yeni FIFA reytinqində neçəncidir?

16 Avqust 2018 19:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, milli komanda balansını 886 xal artırsa da, 1207 xalla FIFA-nın yenilənmiş reytinqində 105-ci yerini qoruyub-saxlayıb.

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqibləri isə reytinqdə belə qərarlaşıblar: Farer adaları 90-cı yer (1268), Kosovo 141 (1080), Malta 184 (928). Dünya reytinqinə hazırkı çempionlar – Fransa yığması başçılıq edir. Onların aktivində 1726 xal var.