Bu şəhərdə 30 yola asfalt döşənəcək - Fotolar

16 Avqust 2018 22:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirilib.

1600 diametrlik əsas kollektor xəttinin 80 faizi artıq hazırdır. Şəbəkə işlərinin isə 60 faizə yaxını yekunlaşıb. Hazırda şəhərin ayrı-ayrı küçələrində qrafik üzrə qidalandırıcı su xətlərinin çəkilməsi prosesi davam edir. Ümumilikdə şəhərin 1000-dən çox küçəsini əhatə edən layihənin 2019-cu ilin sonunda başa çatacağı planlaşdırılıb.

Yaxın günlərdə su və kanalizasiya xətlərinin çəkildiyi küçələrin asfaltlanmasına başlanacaq. İlin sonunadək isə şəhərin 30 küçəsinin asfaltlanması başa çatacaq.