ABŞ İranla dialoqa başlamaq üçün şərtlərini açıqladı

17 Avqust 2018 09:40 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Vaşinqtonun Tehrana qarşı siyasətinin əlaqələndirilməsi üzrə xüsusi qrupunun rəhbəri Brayan Huk deyib.

Dövlət Departamentində keçirilən mətbuat konfransı zamanı o qeyd edib ki, İslam Respublikası rəhbərliyi ABŞ-ı "öz davranışlarında əsaslı dəyişiklər edəcəyinə" inandırmalıdır və yalnız bundan sonra Tramp İranla yenidən dialoq aparmağa hazırdır.

Bundan əlavə, Huk iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün şərtləri açıqlayıb.

"Sanksiyaların zəiflədilməsi və ABŞ-la diplomatik və ticarət əlaqələrinin tam bərpası, həmçinin Birləşmiş Ştatlarla iqtisadi qarşılıqlı fəaliyyət yalnız biz İran rejiminin öz davranışlarında ciddi dəyişikliklərə kökləndiyini gödüyümüz zaman başlaya bilər", - deyə o əlavə edib.

AzNews.az