Kim Çen In ABŞ-dan narazı qalıb

17 Avqust 2018 11:26 (UTC+04:00)

Modern.az RT agentliyinə istinadən xəbər verir ki, Kim Çen In avqustun 15-də tətbiq edilən beynəlxalq sanksiyaları “soyğunçuluq” adlandırıb.

“Vonsan turistik rayonunda tikilişi gedən nəhəng kurort zonası, xalqımızı soyğunçu kompaniyalarla boğmağa çalışan düşmən güclərə qarşı mübarizəmizin nümayişidir” – Şimali Koreya lideri bildirib.

O, həmçinin bu rayonun tikilişinin bitməsindən sonra bütün dünyanın “partiya, xalq və ordunun birlik və həmrəyliyini görəcəyini” söyləyib.

Qeyd edək ki, ABŞ avqustun 15-də Şimali Koreyaya qarşı sanksiyalar yenidən sərtləşdirib.

AzNews.az