Özünü hərəkətdə olan maşından atdı

17 Avqust 2018 12:21 (UTC+04:00)

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Vələmir kəndinin ərazisində baş verib.

Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi "VAZ 21015" markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az