Səudiyyə Ərəbistanı Rusiyadan bu məhsulu almayacaq

17 Avqust 2018 15:18 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu qərara Rusiyanın bəzi vilayətlərində H5 quş qripi virusunun aşkar edilməsi səbəb olub.

Qeyd olunur ki, bu qərar Ümumdünya Heyvanların Sağlamlığının Mühafizəsi Təşkilatının hesabatına əsasən verilib. Təşkilatın hesabatında qeyd olunub ki, Rusiyanın Rostov, Kostroma, Penza vilayətlərində quş qripi aşkar edilib.

İdxal qadağasının müddətləri barədə məlumat verilməyib.

AzNews.az