Rusiya ABŞ-a nota göndərdi - GƏRGİNLİK ARTIR

17 Avqust 2018 16:29 (UTC+04:00)

AzNews.az “Sputniknews”a istinadən bildirir ki, bunu Rusiya XİN öz açıqlamasında qeyd edib.

Açıqlamada vurğulanıb ki, diplomatik mülklərin müsadirəsi ikili münasibətlərə daxil deyil. Bununla əlaqədar, BMT Baş katibliyinə beynəlxalq hüquq normalarının pozulması ilə bağlı müraciət olunduğu bildirilib.

Qeyd edək ki, ABŞ Rusiyanın San-Fransisko Baş Konsulluğu və Sitl Konsulluğundan əlavə, Nyu-York və Vaşinqtondakı ticarət nümayəndəliklərini də bağlamışdı.

Protest notasında ABŞ-ın bu münasibəti davam etdirməsi halında Rusiyanın da qarşılıq verə biləcəyi qeyd edilib.

Nurlan AĞA
AzNews.az