Türkiyə tankları Suriya sərhəddində

17 Avqust 2018 18:52 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, çoxlu sayda M60T tankları sərhədyanı Antakya vilayətinə gətirilib.

Bu texnikanın sərhəd bölgəsindəki hərbi hissələrdə dislokasiya olunacağı məlumat verilib.

Qeyd edək ki, həmin tanklar Türkiyənin “Aselsan” şirkəti tərəfindən modernləşdirilib.