Anri "Bordo"ya baş məşqçi gəlir?

17 Avqust 2018 22:50 (UTC+04:00)

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, hazırda Anri Belçika milli komandasında baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.

"Bordo"nun hazırkı baş məşqçisi Qustavo Poyetdir. O, bu vəzifəyə 20 yanvar 2018-ci il tarixində təyin olunub. Avqustun 17-də hücumçu Qaetan Labordenin "Monpelye" komandasına transferini tənqid etməsi səbəbindən klub rəhbərliyi onu bir həftəlik vəzifəsindən kənarlaşdırıb.

"Bordo" 2017/18-ci illər mövsümündə Fransanın I Liqasında 38 oyuna 55 xalla 6-cı yeri tutub. Komanda 16 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 15 matçda məğlubiyyətlə barışıb.

AzNews.az