Putindən kreativ toy hədiyyəsi - Avstriya nazirinə

17 Avqust 2018 23:11 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, Putin özü ilə toya Don Kazak ansamblının 10 üzvünü gətirəcək.

Daha öncə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, Putin avqustun 18-də Avstriya XİN başçısının toyunda iştirak etməyi planlaşdırır.

Onun sözlərinə görə, prezident Knaysldan toya dəvəti Vyanaya son səfəri zaman alıb.

Toy mərasimi “Gasthaus Tscheppe an der Weinstraße” restoranında təşkil ediləcək.

AzNews.az