Biləsuvarda ferma yanıb

18 Avqust 2018 09:25 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews-a verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 2700 m² olan fermanın dam örtüyü 35 m² sahədə yanıb.

Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.