Yəmənin Ərəbistana atdığı raket havada partladılıb

18 Avqust 2018 11:13 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən bildirir ki, Koalisiya Qüvvələri sözçüsü Türki əl-Maliki açıqlamasında Yəməndəki Husilərin Əmran vilayətindən Səudiyyə Ərəbistanının Nəcran vilayətinə ballistik raket atdıqlarını qeyd edib.

O, atılmış raketin hansısa bir ziyan vurmadan Koalisiya Qüvvələri tərəfindən havada zərərsizləşdirildiyini vurğulayıb.

Əl-Maliki həmçinin İranı da Husilərə dəstək verməsi əsası ilə ittiham edib.

Nurlan AĞA
AzNews.az