Ekskursiya avtobusu aşdı: 3 ölü, xeyli sayda yaralı var

18 Avqust 2018 11:47 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, ekskursiya avtobusu ölkənin Karpataltı vilayətində yamaca aşıb. Nəticədə 3 nəfər ölüb, 51 nəfər xəsarət alıb.

Ukrayna qeydiyyatında olan avtobus Lvovdan turistləri Slovakiya sərhədinə aparırmış. Nəqliyyat vasitəsində uşaqlar da olub.

Yaralılardan 9-nun vəziyyəti ağırdır.