Ronaldo “Yuventus”da ilk oyununa çıxır - Bu gün

18 Avqust 2018 14:05 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Massimilano Allegri 33 yaşlı hücumçunun bu gün A seriyasının I turu çərçivəsində “Kyevo” ilə səfər oyununda meydana çıxacağını söyləyib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ronaldo yay fasiləsində İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib.

AzNews.az