Qanada bir həftəlik matəm elan edildi - Kofi Annanın vəfatı ilə bağlı

18 Avqust 2018 18:02 (UTC+04:00)

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat dövlət başçısının saytında yerləşdirilib.

Prezident Kofi Annanın ailəsinə və yaxınlarına “böyük itki” ilə əlaqədar başsağlığı verib. Onun sözlərinə görə, Annanın həyat yoldaşı diplomatın dünyadan “sakit, yuxuda ikən” köçdüyünü deyib. Dövlət başçısı qeyd edib ki, Annan BMT-nin Baş katibi postunda və beynəlxalq arenada fəaliyyəti sayəsində Qanaya “xeyli məşhurluq” qazandırıb.

Xatırladaq ki, Kofi Annan qısa sürən xəstəlikdən sonra avqustun 18-də 80 yaşında dünyasını dəyişib. O, 1997-ci və 2001-ci illərdə iki müddətə BMT-nin Baş katibi seçilib və Nobel Sülh Mükafatına layiq görülüb.

AzNews.az