Ərdoğan yenidən AKP sədri seçildi

18 Avqust 2018 18:10 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı qərar partiyanın Ankarada keçirilən VI qurultayında qəbul edilib.

O, AKP sədrliyinə tək namizəd olub. Qurultayda 1380 nümayəndə iştirak edib. Onların hamısı R.T.Ərdoğana səs verib.

AzNews.az