Rəşad Sadıqov bugünkü oyuna niyə çıxmayıb?

18 Avqust 2018 18:43 (UTC+04:00)

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buna səbəb baş məşqçinin 36 yaşlı mərkəz müdafiəçisinı istirahət verməsidir.

Qeyd edək ki, Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə oyunlarda buraxılan qollarda (0:1, 1:1) səhvə yol verdiyi üçün azarkeşlərin tənqidi ilə üzləşib.

"Səbail" - "Qarabağ" görüşü saat 18:30-da start götürüb.

AzNews.az