Ərdoğanın partiyasının qurultayında dünyaya pankartlı mesaj

18 Avqust 2018 19:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Ankarada keçirilən qurultayda Rəcəb Tayyib Ərdoğan yenidən AKP sədri seçilib.

Qurultay bir sıra maraqlı məqamlarla yadda qalıb. Bunlardan biri də Ərdoğan tərəfdarlarının tarixi məqamları özündə əks etdirən pankartlar açması olub. Pankartlarda Ərdoğan türk tarixinin qurucularından olan Alparslan, Fateh və Ərtoğrulla müqayisə olunub.

Bununla "Hədəfimiz türk dünyasıdır" deyə dünyaya mesaj veriblər.

Malik LİFTİYEV
AzNews.az