Putin Berlinə getdi

18 Avqust 2018 20:32 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, Rusiya lideri "Tegel" hava limanında yerə enib, oradan isə fəxri qonaqlar üçün ayrılmış iqamətgaha yollanacaq.

Bildirilir ki, səfər çərçivəsində Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə görüşəcək. Görüşdə Suriyaya həsr olunacaq sammitin detallarına toxunulacaq.

AzNews.az